Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-04 17:39:41
AzMİU-nun tələbələri Şəhid məzarlarını ziyarət ediblər

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatı “Vətənpərvərlik” klubunun təşkilatçılığı ilə Aprel döyüşləri şəhidlərinin məzarları ziyarət edilib.

 

AzEdu.az xəbər verir ki, Aprel döyüşlərindən artıq səkkiz il keçir. 44 günlük Vətən müharibəsindəki qələbəyə aparan şanlı yol olan, 4 gün davam edən Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. 


 
Tələbələrimiz həmçinin 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarlarını da ziyarət ediblər.
Aprel döyüşlərində təməli qoyulan qələbəmiz Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərimizlə işğal altında olan bütün torpaqlarımızın azad olunması ilə nəticələndi.

 

Torpaqlarımızın azad olunması yolunda canlarından keçən şəhidlərimizin hünəri bu gün də gənclərimizə örnəkdir. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq. Bu gün onların sayəsində böyük fəxr hissi ilə qeyd edirik ki, torpaqlarımız tarixi sahibindədir, azaddır, yenidən canlandırılır və dirçəlir.