Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-01 11:37:41
“Məntiqi təfəkkürü yoxlayan testlər” adlı vəsait çap edilib

Dövlət İmtahan Mərkəzi “Məntiqi təfəkkürü yoxlayan testlər” adlı vəsaitin yeni nəşrini çap edib.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, “Məntiqi təfəkkürü yoxlayan testlər” vəsaiti ali təhsilin magistratura səviyyəsinə və vakant iş yerlərinə qəbul imtahanlarına hazırlaşanlar üçün tərtib edilib. Vəsait ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramına uyğun hazırlanıb. Vəsaitdə test tapşırıqları üç bölmədən ibarətdir: sözlə bağlı (verbal), fiqurla bağlı, məntiqi-riyazi.  Sonda ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini yoxlayan on dörd test tapşırığı bloku və vəsaitdəki bütün tapşırıqların izahlı cavabları təqdim olunub.

 

Kitabı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.