Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-01 10:30:00
Ağdaş Dövlət Humanitar Kollecinin direktoru işdən ÇIXARILDI

Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsindən azad edilib.

 

Bu barədə AzEdu.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, Martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib. Monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış keçirilib. Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

 

Qeyd edək ki, ölkənin orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir.