Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-30 12:43:00
BMU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib  

Bakı Mühəndislik Universitetində (BMU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kütləvi ağacəkmə aksiyası keçirilib.

 

Bu barədə universitetdən AzEdu.az-a xəbər verilib.

 

Bildirilib ki, ekosistemin, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, eyni zamanda ekoloji mədəniyyətin təbliği və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək məqsədi daşıyan aksiyada BMU-nun rektoru Yaqub Piriyev, universitetin struktur rəhbərləri, professor-müəllim heyəti tələbələr iştirak ediblər.

 

Aksiya zamanı Abşeron yarımadasının təbiəti, iqlimirelyefinə uyğun olaraq, universitet ərazisində 2000-dən artıq müxtəlif növ ağaclar əkilib.