Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-30 09:23:27
  Günəşdə güclü partlayış baş verib

 

Ötən gecə Günəşdə güclü partlayış baş verib.


AzEdu.az xəbər verir ki, barədə “Fobos” iqlim araşdırmaları mərkəzindən məlumat verilib.

 

Partlayış bir neçə gün əvvəl artıq güclü G4 sinifli maqnit qasırğasına səbəb olmuş 3615 saylı aktiv mərkəzdə baş verib. Yüksək səviyyəli partlayışın aktivliyi aprelin birinədək davam edə bilər.


Xatırladaq ki, martın 23-də Günəşdə 13 güclü partlayış baş verib. Biri istisna olmaqla, onların demək olar ki, hamısı M, digəri isə ən yüksək X sinifli olub.