Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-29 14:28:00
BMU Texnoparkında startapların sərgisi keçiriləcək

Bakı Mühəndislik Universiteti (BMU) Texnoparkında startapların (“Sərgi-demo”) sərgisi təşkil olunacaq. Tədbir erkən mərhələdə olan startapların irəli sürdüyü ideyalar və startap komandaları ilə tanışlıq məqsədi daşıyır.

 

AzEdu.az xəbər verir ki, hazırda BMU Texnoparkında tələbələrin irəli sürdüyü ideyalar əsasında formalaşdırılmış 12 startapın inkişafı və onlara dəstək verilməsi məqsədilə inkubasiya proqramına start verilib. Texnoparkın İnkubasiya Mərkəzində təşkil olunacaq sərgidə proqrama cəlb olunmuş startap komandaları öz fəaliyyətləri, layihələri ilə bağlı ziyarətçiləri məlumatlandıracaq.

 

“Sərgi-demo”  05 aprel 2024, saat 11:00-13:00-da baş tutacaq.