Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-28 15:17:00
Valideynləri inandırmalıyıq ki, peşə təhsili də önəmlidir...

Ötən günlərdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentin keçirilən iclasında bildirib ki, peşə təhsili üzrə qəbul çox aşağı səviyyədədir.

 

Bəs, peşə təhsilinə daha çox şagird cəlb etmək üçün hansı işlər görülməlidir?

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, peşə təhsili üzrə ciddi iş aparmalıdır:

 

“Burada peşə təhsili üzrə geniş maarifləndirmə və təbliğat işləri aparmalıdır. Peşələrin vacibliyi barədə, məktəblərdə davamlı müzakirələr olmalıdır. Təəssüf ki, Azərbaycanda valideynlərin əksəriyyətinin məqsədi övladının ali məktəbdə təhsil almasıdır. Lakin onu da vurğulamaq lazımdır ki, ali təhsil diplomu gənclərin gələcək karyerasında o qədərdə ciddi rol oynamır. Ona görə də məktəblərdə düzgün ixtisas seçimi ilə bağlı geniş maarifləndirmə, təbliğat aparılmalıdır. Kütləvi İnformasiya Vasitələri də bu işdə dəstək olmalıdırlar. Valideynləri inandırmalıyıq ki, peşə təhsili də önəmlidir. Gənclər peşə təhsili almaqla yaxşı karyera qura bilərlər”.

 

Ceyhun Məmmədov vurğulayıb ki, dərin savadı, elmə marağı olmayan gənci zorla ali təhsil almağa məcbur etməyə ehtiyac yoxdur:

 

“Həmçinin orta məktəblərlə, peşə məktəbləri arasında əlaqənin qurulmasına ehtiyac var. Yəni davamlı olaraq gənclərin peşə məktəblərinə ekskursiya etmələri, peşə məktəblərinin mütəxəssislərinin məktəblərdə görüş keçirilməsi, fikir mübadiləsi aparılması istiqamətində də addım atılmalıdır. Burada əsas iş peşə təhsilinin üstünə düşür. Çünki məcburiyyət ola bilməz, təbliğat olmalıdır. Elm və Təhsil Nazirtliyi də bu istiqamətdə fəal bir iş aparmalıdır ki, peşə təhsilində şagirdlərin artırılması hədəf və məqsədinə nail ola bilək”.