Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-27 10:12:00
Musiqi Kollecinin məktəbə köçürülməsi narazılıq yaratdı

Sumqayıtda Musiqi Kollecinin tələbələrinin 20 nömrəli tam orta məktəbə köçürülməsi bu məktəbdə təhsil alan şagirdlər üçün ciddi problemlər yaradıb.

 

AzEdu.az xəbər verir ki, bu şikayətlə ATV-yə övladı həmin məktəbdə təhsil alan valideynlər müraciət ediblər. Onların sözlərinə görə, həm kollec tələbələrinin, həm də orta məktəb şagirdlərinin eyni binada tədrisi mümkün deyil.

 

Qeyd olunur ki, kollecin köçürülməsinə səbəb onun binasının yararsız vəziyyətdə olmasıdır.

 

 

Abşeron-Xızı Regional Təhsil İdarəsindən isə bildirilib ki, məktəbdə yaranan problemdən xəbərdardırlar. Bu istiqamətdə araşdırma aparılandan sonra valideynlərə konkret məlumat veriləcək.