Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-27 09:11:00
“Tarixdə bu gün” - 27 mart necə yadda qalıb?

Yaşanan hadisələrin xoş yaxud ağrılı-acılı hislərlə tarixə yazılmasından asılı olmayaraq, əhəmiyyət daşıyır.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

27 mart  tarixində baş vermiş o, hadisələri təqdim edirik.

 

27 mart Beynəlxalq Teatr Günüdür: 

 

1961-ci ildə Avstriyanın paytaxtı Vyanada UNESCO nəzdindəki Beynəlxalq Teatr İnstitutunun IX konqresində bu qərar qəbul edildi və o tarixdən etibarən 48 ölkədə hər il 27 mart Beynəlxalq Teatr Günü kimi qeyd olunur.

 

27 mart Azərbaycan Milli Elmlər Akademiyasının ildönümüdür: 

 

1945-ci il martın 27-də təsis edilən Azərbaycan Elmlər Akademiyasının ilk rəhbəri, görkəmli cərrah, professor Mirəsədulla Mirqasımov olub. Elə həmin günlərdə Üzeyir Hacıbəyli, Səməd Vurğun, Mirzə İbrahimov, Yusif Məmmədəliyev, Mirəli Qaşqay və başqaları akademiyanın həqiqi üzvü seçiliblər.

 

27 mart 1977-ci ildə aviasiya tarixinin ən böyük qəzası sayılan Tenerife faciəsi baş verib:

 

Uçmaq üzrə olan iki sərnişin təyyarəsinin toqquşması nəticəsində meydana gələn qəzada 575 adam ölüb, 70 nəfər yaralanıb.

 

27 mart 1993-cü ildə Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında Kəlbəcər uğrunda döyüş başlayıb: 

 

Martın 27-dən aprelin 3-ünə kimi gedən döyüş  Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsi ilə nəticələnib. 

 

28 ildən sonra 15 noyabr 2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad edildi. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da,  Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Bu səbəbdən də hər il noyabrın 25-i Kəlbəcər günü kimi qeyd olunur.