Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-20 12:57:46
Rus dilində Respublika Olimpiadasının növbəti turları keçirilib  

Rus dilində Respublika Olimpiadasının on birinci turu Şamaxı şəhərinin 2 saylı ümumtəhsil məktəbində keçirilib. Burada respublikanın Şamaxı və Qobustan rayonlarının məktəblərindən 7-9-cu sinif şagirdləri iştirak ediblər.

 

AzEdu.az Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətinə istinadla xəbər verir ki, bu il Olimpiada ardıcıl 16-cı ildir keçirilir və Aleksandr Puşkinin anadan olmasının 225 və Mirzə Şəfi Vazehin anadan olmasının 230 illiyinə həsr olunub.

 

Olimpiadanın bütün iştirakçılarına sertifikatlar təqdim edilib.

 

Rus dilində Respublika Olimpiadasının on ikinci turu Heydər Əliyev adına İvanovo kənd tam orta məktəbində keçirilib. Tədbirdə İsmayıllı rayon məktəblərinin 7-9-cu sinif şagirdləri iştirak ediblər.

 

2024-cü ilin fevral-may aylarında Olimpiadanın II mərhələsi esse şəklində Azərbaycanın şəhər və bölgələrində rus sektorundan olan 7-9-cu sinif şagirdləri arasında keçiriləcək. Olimpiada çərçivəsində təşkilatçılar ölkənin ümumtəhsil müəssisələrinə səfər edərək regional turlar təşkil edəcəklər.

 

İkinci mərhələyə Bakı, Gəncə, Sumqayıt, Naxçıvan və Azərbaycanın daha 52 bölgəsindən 2400 min şagird keçməyə müvəffəq olub və bu mərhələ aprel ayının sonunda başa çatacaq, iyun ayında isə qaliblərin, məktəb direktorlarının və fəal iştirakçıların mükafatlandırılması mərasimi keçiriləcək.

 

Ənənəvi olaraq Rus dilində Olimpiada Bakıdakı Rus evi, Rusiyanın Azərbaycandakı səfirliyi, Elm və Təhsil Nazirliyi və Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən Azərbaycan Dillər Universitetinin dəstəyi ilə keçirilir.