Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-19 17:44:51
Ali məktəblərin elmi-tədqiqatları ilə bağlı fikir mübadiləsi aparılıb

Martın 19-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi və “Elsevier” şirkətinin nümayəndə heyəti arasında onlayn görüş keçirilib. Əvvəlcə görüş iştirakçılarına “Elsevier” şirkətinin yeni regional diretkorları İbrahim Mohammad (“Scopus” və “Scival” üzrə) və Samer Qamal (“ScienceDirect” üzrə) təqdim olunub.

 

Agentlikdən AzEdu.az-a bildirilib ki, görüşdə ölkə üzrə elm və ali təhsil müəssisələrinin elmi-tədqiqata daha fəal təşviq olunması və ölkənin elmi potensialının beynəlxalq səviyyədə gücləndirilməsi üçün müxtəlif mexanizmlər müzakirə olunub. Həmin mexanizmlərə yerli nəşrlərin və onların istinadlarının “Scopus” beynəlxalq elmmetrik bazasında yer alması üçün həllər, nəticəyönümlü tədqiqat aparılması üçün yanaşmalar, “Scival” proqram təminatı vasitəsilə data əsaslı qərarvermə və s. aiddir.

 

Görüş cari il ərzində elm və ali təhsil müəssisələri, həmçinin elmi jurnalların heyətləri üçün təşkil olunacaq təlimlər, vorkşoplar və digər layihələrin müzakirəsi ilə davam edib.