Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-19 10:17:00
Tələbələr COP29 -da iştirak etməyə çox həvəslidirlər

Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcək.

 

Hər il fərqli bir ölkədə keçirilən tədbir noyabrın 11-dən 24-dək Bakıda baş tutacaq. Bu layihə Azərbaycanın inkişafında olduqca mühüm və vacib hesab edilir. Konfransa 120 ölkənin nümayəndə heyətinin qatılacağı gözlənilir. 10 minlərlə xarici nümayəndənin ölkəmizə gələcəyini nəzərə alsaq, deyə bilərik ki, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq.

Bakı COP29-a ev sahibliyi etməklə iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində öz töhfəsini verəcək.

 

Maraqlıdır, layihə ilə bağlı tələbələr necə məlumatlıdırılmalıdır? Ümumiyyətlə universitetlər tələbələrin bu layihədə iştirakı üçün nələr təşkil etməlidir?

 

Mövzu ilə bağlı AzEdu.az-a deputat Kamilə Əliyeva bildirib ki, layihə ilə bağlı universitetlərdə müəllimlər tələbələri məlumatlandırmaq məqsədilə seminarlar təşkil edirlər:

 

“COP29 kimi böyük və mötəbər tədbirin Azərbaycanda keçirilməsi barədə qərar Azərbaycan dövlətinin böyük uğurudur. Dünya dövlətləri yekdilliklə tədbirin Azərbaycanda keçirilməsinə səs verdilər. Bu Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir. Digər tərəfdən də Azərbaycanın dünyada iqlim dəyişikliyinin qarşısını alınması məqsədilə görülən tədbirlər, eləcə də alternativ enerjinin və enerji istehsalı sahəsində həyata keçirdiyi böyük layihələr verilən böyük bir qiymətdir.

 

Hesablamalara görə 50 mindın çox qonağın Azərbaycana gəlməsi gözlənilir. Azərbaycanda gənclərdən ibarət könüllü ordusu var və bütün böyük tədbirlərdə artıq onlar iştirak ediblər. Həmin tələbələrin bu sahədə böyük təcrübələri var. Ümidvaram ki, qarşıdakı COP29 tədbirində də könüllülərimiz töhfələrini vermiş olacaqlar.

 

Əlbəttə ki, bir çox universitetdə tələbələrə COP29 bağlı müvafiq məlumatları verir. Onlar bununla bağlı informasiyaları həm kütləvi informasiya vasitələrindən, həm də ali məktəblərdə tədris edilən dərslər zamanı qəbul edirlər. Həmçinin müəyyən seminarlar sırf COP29-a həsr edilir. Tələbələr COP29-da  iştirak etməyə çox həvəslidirlər”.