Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-18 17:46:05
LDU-da bayram ovqatlı Novruz şənliyi

Lənkəran Dövlət Universitetində (LDU) xalqımızın ən gözəl, əziz milli bayramı - Novruzun gəlişi əsl bayram coşqusu, ovqatı ilə qeyd edilib.

 

AzEdu.az xəbər verir ki, LDU-nun Böyük akt zalında keçirilən bayram şənliyi universitetin rektoru, professor Natiq İbrahimovun kollektivə ünvanlanmış təbriki ilə başlayıb.Təbriki Təbiyyat fakültəsinin dekanı, dos. Ramiz Şəmmədov təqdim edib.

 


Bayram şənliyində 2023/2024-cü tədris ilinin payız imtahan sessiyasının nəticələrinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təsis etdiyi adlı təqaüd LDU-nun iki tələbəsinə təqdim edilib. Universitetin tələbələri Fəridə Əzizova və İlkin Qurbanova pul mükafatlarını LDU Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Quliyev təqdim edib.

 


Sonra bayramsayağı bəzədilmiş zal universitetin gənc istedadlarının, Novruz bayramının atributları olan Kosa və Keçəlin, Bahar qızın ixtiyarına verilib. Məzəli səhnəciklər, şirin yumor, oynaq mahnı və rəqslər bir-birini əvəzləyib, tədbir iştirakçılarına xoş ovqat, bayram əhval-ruhiyyəsi bəxş edib. Novruz şənliyi milli birliyimizin simvolu olan möhtəşəm “Yallı” rəqsi ilə sona çatıb.