Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-15 08:53:00
“Tarixdə bu gün” - 15 mart necə yadda qalıb?

Hər hadisə baş verdiyi günün tarixi ilə xatırlanır. 

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər gün dünyada, eləcə də Azərbaycanda tarixi əhəmiyyətli hadisələr barədə ictimaiyyəti məlumatlamdırır. 

 

15 mart  tarixi nə ilə yadda qalıb? 

 

15 mart - Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür.

 

ABŞ Prezidenti Con Kennedi 1962-ci il martın 15-də Konqresdə çıxış edərək bu günü Dünya İstehlakçılar Günü elan edib. Kennedi deyib: "İstehlakçılar biz hamımızıq. İstehlakçılar böyük iqtisadi gücdür və demək olar ki, istənilən özəl və dövlət iqtisadiyyatında həlledici rol oynayırlar".İstehlakçıların Hüquqlarının Müdafiə Günü ilk dəfə 1983-cü il martın 15-də qeyd olunub.

 

15 mart 1923-cü ildə görkəmli Azərbaycan rəssamı Nəcəfqulu İsmayılov anadan olub:

 

O, 1952-1979-cu illərdə “Kirpi” jurnalının baş rəssamı olub. Cəlil Məmmədquluzadənin heakyələrinə, Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalar Nəcəfqulu yaradıcılığının ən uğurlu səhifələridir. Rəssamın əsərləri Almaniya, Kanada və digər ölkələrdə nümayiş etdirilib. 

 

15 mart 2001-ci ildə İstanbul - Moskva təyyarəsi çeçen quldurlar tərəfindən qaçırılıb:

 

Mədinəyə endirilən təyyarə ilə bağlı Səudiyyə Ərəbistanının anti-terror əməliyyatında bir türkiyəli sərnişin, bir rus stüardessa və bir çeçen qulduru öldü.

 

15 mart 2018-ci ildə Real TV əsas yayıma başlayıb:

 

2018-ci il martın 15-dən sentyabrın 16-dək Real TV 19 saat ərzində (saat 08:00-dən 02:00-yədək) tamaşaçını ölkə daxilində və dünyada baş verən hadisələrlə bağlı xəbərlərlə təmin edirdi. 17 sentyabr 2018-ci ildən artıq 24 saatlıq yayıma keçdi.

 

Qeyd edək ki, kanalın təsisçisi Mirşahin Ağayevdir.