Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-13 15:26:37
Tələbələr ölkələri Baş Assambleya və UNESCO-da təmsil ediblər

9-10 mart tarixlərində UNEC MUN Klubu tərəfindən "AzMUN" proqramı çərçivəsində 1-ci UNEC MUN Simulyasiya Konfransı keçirilib.

 

AzEdu.az xəbər verir ki, iki gün davam edən konfransda tələbə-rektor Aysel Rzazadə, UNEC Tələbə Gənclər Təşkilatının sədri Fidan Qəhrəmanova, sədr müavinləri Dilarə Abbaslı və Amin Talıbov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) əməkdaşları Aysu Məmmədova və Bəxtiyar Quluzadə, o cümlədən 54 nəfər konfrans üzvü iştirak edib.

 

Tələbələr ölkələri iki komitədə, Baş Assambleya və UNESCO-da təmsil ediblər.

 

Baş Assambleya Azərbaycan dilində keçirilib və "Beynəlxalq münaqişələrin müasir iqtisadiyyata təsiri" mövzusu müzakirə olunub. İngilis dilində keçirilən UNESCO-da isə gənclər "Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat təşəbbüsləri vasitəsilə münaqişələrin idarə edilməsi" mövzusunda müzakirə aparıblar. Hər iki komitədə yazılmış qətnamələr uğurla qəbul olunub.

 

Sonda  tədbirdə fəallığı ilə seçilən tələbələrə sertifikatlar təqdim edilib.