Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-13 13:15:23
BMU əməkdaşları Brüsseldə beynəlxalq assambleyada iştirak edib

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları Brüssel şəhərində keçirilən “HORİZON-2020” tədqiqat və innovasiya layihəsinin III Ümumi Assambleyasında iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, iqlim dəyişiklikləri, onu əmələ gətirən amillərin təsirlərinin müzakirə olunduğu tədbirdə dosent İsa Qasımov, dosent Pərviz Həsənov, Etibar Qəhrəmanov Avropa Birliyinin maliyyələşdirdiyi, BMU-nun da tərəfdaş kimi qoşulduğu “Climate CAMPAIGNers” layihəsi (https://www.climate-campaigners.com/) çərçivəsində təmsil olunublar.

 

Avstriyanın Johannes Kepler Universitetinin Enerji İnstitutunun koordinatorluği ilə həyata keçirilən “Climate Campaigners” tədqiqat və innovasiya layihəsi iqlim sahəsində həyata keçirilən qlobal fəaliyyətlərdəndir.

 

Assambleyada “Climate Campaigners” layihəsinin müxtəlif ölkələrdən olan tərəfdaşlarını təmsil edən tədqiqatçılar iqlim dəyişiklikləri, onu əmələ gətirən səbəblər və onların təsirlərinin azaldılması istiqamətində, eləcə də layihə çərçivəsində görülən işlər haqqında təcrübə mübadiləsi aparıblar.

 

“Climate Campaigners” layihəsinin Azərbaycandan əsas tərəfdaşı olan BMU iqlim dəyişiklikləri və karbon ayaq izinin öyrənilməsi sahəsində qazanılmış beynəlxalq təcrübənin ölkəmizdə yayılması istiqamətində maraqlı proqramlar etməyə iddialıdır. “Climate Campaigners” layihəsində iştirak edərək, beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin ölkəmizdə ilk dəfə olaraq keçiriləcək “COP29” çərçivəsində xüsusi aktuallıq daşıyır.