Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-13 11:57:24
ADNSU- UFAZ “Su ehtiyatlarının gələcəyi: maneələr və imkanlar

UFAZ-da son dövrlərdə su ehtiyatları ilə bağlı qlobal çətinlikləri müzakirə etmək məqsədilə mütəxəssisləri bir araya gətirən panel müzakirəsi təşkil edilib. Tədbirdə həmçinin UFAZ-ın yeni təsis edilmiş “Su ehtiyatlarının idarəedilməsi“ magistratura proqramının təqdimatı baş tutub.

 

AzEdu.az xəbər verir ki, əvvəlcə UFAZ- ın İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova iştirakçıları salamlayıb. Sonra UFAZ-ın Baş katibi Yelizaveta Bidanova UFAZ tərəfindən təklif edilən magistr proqramları haqqında qısa məlumat verib. Tədbir zamanı iştirakçılar su ehtiyatlarının idarəedilməsi sahəsinə dair məsələlər müxtəlif aspektlərdən izah edilib.

 

Spikerlər texnoloji yeniliklərdən tutmuş karyera imkanlarına qədər olan müxtəlif məsələlərlə
bağlı iştirakçılara məlumat veriblər. UFAZ-ın proqram meneceri Klara Codri Su ehtiyatlarının idarəedilməsi magistratura proqramı ilə bağlı ətraflı təqdimat edərək proqramın kurrikulumu və məqsədlərindən danışıb.

 


BMT-nin Ərzaq və Kənd Təsərrüfatının təşkilatının mütəxəssisi və İsrail Milli Su Şirkətinin layihələrin
idarəedilməsi üzrə meneceri Mədinə Hacıyeva su ehtiyatları ilə bağlı çağırışların həllində beynəlxalq
əməkdaşlığın əhəmiyyətindən söz açıb. Coğrafiya İnstitutunun aparıcı tədqiqatçısı Natavan Cəfərova sözügedən sahədəki texnoloji yenilikləri diqqətə çatdırıb.

 

“Sustainera Solutions” şirkətinin biznesin inkişafı üzrə mütəxəssis Nərminə Əliyeva su ehtiyatlarının uzunömürlülüyünü təmin etmək üçün su keyfiyyətinin monitorinqinin aparılmasının və dayanıqlı praktikaların tətbiqinin əhəmiyyəti haqqında danışıb. Bakı Dövlət Universitetinin müəllimi Anar Nuriyev məzunlar üçün mövcud olan geniş karyera imkanları barəsində söhbət açıb. O, su idarəetmə sektorunda beynəlxalq təcrübəyə tələbatın getdikcə artdığını diqqətə çatdırıb. Sonda iştirakçıların sualları cavablandırılıb.