Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-13 08:45:33
Şabranda dəhşət: Ana və körpəsi doğuş zamanı öldü - YENİLƏNİB

Şabranda doğuş zamanı qeydə alınan ölüm halı ilə bağlı müvafiq araşdırma aparılır.

 

AzEdu.az-ın məlumatına görə, Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Şəms Şahbazlı bildirib ki, üçüncü hamiləliklə tibb müəssisəsinə daxil olan, rayonun Xəlifəli kənd sakini, 37 yaşlı Nailə Əlihüseyn qızı Qasımova ilkin diaqnoza görə, kəskin ürək, damar çatışmazlığından vəfat edib və doğuş zamanı körpəni də xilas etmək mümkün olmayıb.

 

N.Qasımova təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

 

Ölümün dəqiq səbəbi patoloji anatomik müayinə və müvafiq hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində aydınlaşacaq.

 

18:50

 

Şabranda doğuş zamanı ana və körpəsi ölüb.

 

AzEdu.az "Report"a istinadən xəbər verir ki, hadisə Şabran Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

 

Belə ki, rayon sakini, 1987-ci il təvəllüdlü Qasımova Nailə Əlihüseyn qızı körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.