Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-12 16:32:50
Elmi-tədqiqat institutlarına işə qəbul dayandırılıb? - AÇIQLAMA

Bir müddət əvvəl Radiasiya Problemləri İnstitutunda 25 və Şamaxı Astrofizika Rəsədxanasında 8 vakant yer olmasına baxmayaraq işə qəbul dayandırılıb.

 

AzEdu.az xəbər verir ki, adıçəkilən elmi müəssisələrə işə qəbulla bağlı müraciət edən şəxslərə qəbulun dayandırıldığı bildirilib. Bu barədə həmin şəxslər APA-ya məlumat verib.

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyindəki elmi-tədqiqat institutlarına işə qəbulun dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirilib.

 

Bildirilib ki, hazırda elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması məqsədilə elmi-tədqiqat institutlarında düzgün kadr siyasətinin aparılması işi üzrə müzakirələr aparılır:

 

"Bu istiqamətdə zəruri addımlar atıldıqdan sonra tərəfimizdən bütün yeniliklər barədə əlavə məlumat veriləcək"- deyə açıqlamada qeyd olunur.