Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-12 11:01:14
UNEC tələbəsi: “Sizin məhdudiyyətiniz arzularınıza əngəl deyil”

Əlilliyi olan tələbələrin UNEC-də təhsil almaları, onların təhsil mühitinə çevik adaptasiya olunmaları üçün universitetdə inklüziv mühit yaradılması təmin olunub. 2015-ci ildən UNEC-də fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin peşəkar komandası əlilliyi olan tələbələrin ehtiyaclarına uyğunlaşdırılmış fərdi inkişaf və təlim proqramı tətbiq etməklə, onların keyfiyyətli təhsil almasına, sosial həyata inteqrasiyasına dəstək olurlar.

 

AzEdu.az xəbər verir ki, hazırda UNEC-də 200-dən çox əlilliyi olan gənc təhsil alır. Onlardan biri də arzularının arxasınca gedərək, xəyallarını gerçəkləşdirən UNEC-in Qiyabi və Əlavə təhsil Mərkəzinin tələbəsi Məhsim Bədirxanovdur.

 

Məhsim Bədirxanovun uğur hekayəsini dinləyək: