Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-11 12:08:49
Masallıda faciə: ana və iki azyaşlı oğlu boğuldu

Martın 11-də Masallı rayonu, Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 

AzEdu.az xəbər verir ki, bu barədə Masallı Rayon Prokurorluğundan məlumat verilib.
 

Bildirilib ki, araşdırma zamanı qeyd olunan evdə yaşayan 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.
 

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.