Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-11 09:32:31
7 nəfər dəm qazından zəhərlənib: 2-si uşaqdır

Gədəbəy rayonunda yeddi nəfər dəm qazından zəhərlənib.

AzEdu.az xəbər verir ki, Gədəbəy şəhərində bir nəfər - 1955-ci il təvəllüdlü M.Hüseynov, Qaradağ kəndində 1 ailənin 4 üzvü - 1994-cü il təvəllüdlü Z.Qasımlı, 1995-ci il təvəllüdlü S.Məmmədli, 2018-ci il təvəllüdlü E.Məmmədli və 2016-cı il təvəllüdlü S.Məmmədli dəm qazından zəhərlənib.



Həmçinin, rayonun Gərgər kəndində 2 nəfər dəm qazından zəhərlənib.



Zərərçəkənlər xəstəxanaya çatdırılıb, onlara tibbi yardım göstərilib və daha sonra evə buraxılıblar.



Faktla bağlı araşdırma aparılır.