Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-09 13:26:25
Sabah hava bu insanlarda narahatlıq yaradacaq  

Sabahkı hava meteohəssas insanlarda narahatlıq yarada bilər.

 

AzEdu.az-ın xəbərinə görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda qeyd edilib. Bildirilib ki, martın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.