Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-07 14:05:04
BMU ilə “Center of Agile Communication” MMC arasında əməkdaşlıq olacaq

Bakı Mühəndislik Universiteti (BMU) və “Center of Agile Communication” MMC arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi universitetin rektoru Yaqub Piriyev və adıçəkilən MMC-nin direktoru Anar Rüstəmov imzalayıblar.

 

AzEdu.az xəbər verir ki, tədbirin memorandumu birlikdə akselerasiya və digər inkişaf proqramlarının təşkili, həmçinin qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın qurulmasının təmin edilməsi məqsədi daşıyır. Əməkdaşlıq çərçivəsində məlumat və təcrübə mübadiləsi, birgə layihələrin icrası nəzərdə tutulur.

 

Sənədə uyğun olaraq, BMU Texnoparkında fəaliyyətə başlayan Akselerasiya Mərkəzində ilk mərhələdə universitetin magistr və dokatorantları üçün ortaq elmi tədqiqat layihələrinə akselerasiya xidmətləri göstəriləcək. Bu əməkdaşlıq bazara, ümumilikdə iş dünyasına yeni həllər təqdim edə bilən startapların yaranmasına təkan verəcək, eyni zamanda startapların inkişaf mərhələləri və investisiya proqramlarına cəlb edilməsi prosesləri təmin olunacaq. Bu mərhələdə startapların biznesə çevrilməsi, bazara inteqrasiyası və investisiya cəlbi üçün addımların atılması planlaşdırılır. Təlim və tədqiqat proseslərinin akselerasiya proqramı çərçivəsində məzun olan iştirakçılar müvafiq sertifikatlarla da təmin olunacaqlar.

 

Tədbirdə o da qeyd olunub ki, BMU Texnoparkının Akselerasiya Mərkəzində gerçəkləşdiriləcək proqramın hazırda bazarda tətbiq olunan akselerasiya proqramlarından əsas fərqi onun ali təhsil müəssisəsinin daxilində fəaliyyət göstərməsi və tədqiqata əsaslanan layihələrin inkişafının hədəf seçilməsidir. Gələcəkdə bu mərkəzdə “Dərin texnologiyalar” (“Deep technology”) əsaslı startapların formalaşdırılmasının təmin olunması da həyata keçiriləcək.