Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-06 16:42:01
“Refleksiv müəllim” seminarı təşkil olunub

Martın 5-də Təhsil İnstitutunun (ARTİ) Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) tərəfindən “Refleksiv müəllim” seminarı təşkil olunub.

 

Bu barədə ARTİ-dən AzEdu.az-a xəbər verilib.

 

Bildirilib ki, 242 nömrəli tam orta məktəbdə keçirilən seminar ibtidai siniflərdə riyaziyyat fənnini tədris edən müəllimləri əhatə edib. Seminarda məktəbin ibtidai sinif müəllimi Günay Sədiyeva 4-cü sinif “Riyaziyyat” dərsliyində olan “Bucaq. Bucağın ölçüsü” mövzusunda icmal təqdim edib.

 

Seminar zamanı tədqiqat sualının tərtibi, dərsdə istifadə olunan iş üsulları və formaları, tapşırıqların təlimin məqsədinə uyğunluğu, fənlərarası inteqrasiya, qiymətləndirmə meyarları, refleksiya məsələləri ətrafında müzakirələr aparılıb.

 

Seminar ərzində ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.

 

Qeyd edək ki, “Refleksiv müəllim” layihəsi üzrə seminarlar ARTİ MDPİM tərəfindən mütəmadi olaraq təşkil edilir.