Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-06 09:15:00
“Tarixdə bu gün” - 6 martda nələr baş verib?

Hər gün bir tarix ilə xatırlanır. Tarixlərin əhəmiyyətlilik dərəcəsi onları bir-birindən ayırır.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

6 mart  tarixində baş vermiş o, hadisələri təqdim edirik.

 

 6 mart Azərbaycan Xalq Cümhuiyyətinin qurucusu, müsəlman Şərqində ilk respublikanın yaradıcısı dahi Məhəmməd Əmin Rəsulzadənin anım  günüdür:

 

Məhəmməd Əmin hələ 17 yaşında ikən Azərbaycanda Rusiya müstəmləkəçiliyinə qarşı ilk siyasi təşkilatı – Müsəlman Gənclik Təşkilatını yaradıb. Elə həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib.

M.Ə.Rəsulzadə Rusiya imperiyasının Bakıda 1920-ci ilin aprel çevrilişindən - Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra həbs olunub. Azad edildikdən bir müddət sonra Moskvada işləməyə göndərilib. Oradan Finlandiyaya, sonra Türkiyəyə mühacir olaraq gedən Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin 6 mart tarixində son dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” deyərək gözlərini bu dünyaya əbədi yumub və Ankara Əsri Məzarlığında torpağa tapşırılıb.

 

6 mart 1911-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Mirzə Cəlal Yusifzadənin "Fərhad və Şirin" operasının premyerası keçirilib: 

 

Opera 1910-cu ildə Mirzə Cəlal Yusifzadə və tarzən Aleksandr Oqenezaşvili tərəfindən yazılıb. Operanın librettosunda Nizami Gəncəvinin "Xosrov və Şirin" poeması əsasında çox qısa şəkildə Fərhadın macərası verilib.

Tarzən Aleksandr Oqenezaşvili operanın musiqi partiturasının direksion üsulda hazırlanmasında müəyyən işlər görüb. 1911-ci il martın 6-da Mirzə Cəlal Yusifzadənin "Fərhad və Şirin" operası tamaşaçılara göstərilib.

 

6 mart 1984-cü ildə Əməkdar incəsənət xadimi nasir, dramaturq, publisist Yusif Əzimzadənin xatirə günüdür:

 

 Yusif Əzimzadə 1917-ci il fevralın 22-də Bakıda fəhlə ailəsində doğulub. Natamam orta məktəbi bitirib N.Nərimanov adına sənaye texnikumunun elektrik-mexanika şöbəsində təhsil almışdır (1930-1937). Həm də Bakı şəhər rayonlarının elektrik yarımstansiyalarında işləyib. Tələbə ikən öz şeirlərini "Ədəbiyyat qəzeti"ndə, "Gənc işçi", "Yeni yol" və "Azərbaycan gəncləri"ndə müntəzəm çap etdirib. 

 

6 mart 1946-cı ildə  ilk uğurlu yüksək sürətli elektron kompüter "Eniac" ABŞ-da istifadəyə başlayıb:

 

"Eniac" elektron-rəqəmsal kompüterə gedən yolda atılmış böyük addımlardan biri kimi 1955-ci ilə qədər istifadə olundu.