Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-05 21:34:23
Naxçıvanda Laborant vəzifələri üçün müsabiqə keçirilib    

Təhsil müəssisələrində vakant olan laborant vəzifələri üçün müsabiqə keçirilib.

 

AzEdu.az xəbər verir ki, martın 5-də Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan laborant vəzifələri üzrə müsabiqə keçirilib.

 

Təhsil müəssisələrinin yüksək ixtisaslı kadrlarla təmin edilməsi və işə qəbul prosesinin şəffaf həyata keçirilməsi məqsədilə təşkil olunan müsabiqədə 38 vakant vəzifə üzrə 300-dən artıq namizəd iştirak edib. 

      

Müsabiqədə hər bir namizədə vəzifə proqramına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına aid 10 olmaqla, ümumilikdə 30 test tapşırığı təqdim olunub. Namizədlərə test suallarının cavablandırılması üçün 60 dəqiqə vaxt verilib.

 

Qeyd edək ki, test suallarının 50 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlər müsabiqədə keçid balını toplamış sayılır. Minimum keçid balı gözlənilməklə test mərhələsində ən yüksək nəticəni göstərmiş namizəd müvafiq vəzifəyə təyin olunacaq. 

 

Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub.