Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-03 10:16:00
Naxçıvanda gənc oğlan bıçaqlanıb

Naxçıvanda 19 yaşlı oğlan boyun nahiyəsindən bıçaqlanıb.

 

AzEdu.az xəbər verir ki, hadisə Naxçıvan şəhərində qeydə alınıb.

 

Hadisə zamanı 2005-ci il təvəllüdlü Abbaslı İsmayıl Yəhya oğlu Şərur rayon Cəlilkənd sakini, həmyaşıdı - Kərimov Tural Vəli oğlu tərəfindən bıçaqlanıb.

 

O, təcili olaraq Naxçıvan Sağlamlıq Mərkəzinə aparılıb və əməliyyat olunub.

 

Vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.