Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-29 11:05:05
Dövlət qulluğunda çalışanlara elmi dərəcələrin verilməməsi ilə bağlı qərarın ləğvi tövsiyə olunub

"Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin müvafiq qərarı dövlət qulluğu və dövlət qulluğunun xüsusi növlərində çalışan şəxslərə elmi dərəcələr verilməsini məqsədəuyğun hesab etmir".

 

AzEdu.az xəbər verir ki,  bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

 

Məruzədə qeyd edilib ki, “Dövlət qulluğu haqqında” Qanunun 19.0.5-ci yarımbəndinə əsasən elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji fəaliyyətlə məşğul olmaq kimi dövlət qulluqçusunun hüququnun həyata keçirilməsinə mane olmur:

 

"Qeyd edilənləri nəzərə alaraq, Ombudsman Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş, habelə “Dövlət qulluğu haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş təhsil almaq hüququnun və yaradıcılıq azadlığının, həmçinin elmi və yaradıcılıq fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin dövlət qulluğu və dövlət qulluğunun xüsusi növlərində çalışan şəxslərə elmi dərəcələr verilməsinin məqsədəuyğun hesab edilməməsi barədə 2000-ci il 19 may tarixli qərarının ləğv edilməsini məqsədəmüvafiq hesab edir".