Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-27 16:08:00
Valideynlər övladlarına hər adı qoya bilməz - QANUN

Valideynlər övladlarına ad qoyarkən bəzi hallarda “ASAN Xidmət”-də problemlərlə qarşılaşırlar. Onlara bildirilir ki, bu adın qoyulmasına icazə yoxdur.

 

Bəs, görəsən, uşaqlara adın qoyulması hansı qanunla tənzimlənir?

 

AzEdu.az xəbər verir ki, Mülki Məcəllənin 26-cı maddəsinə əsasən fiziki şəxslərin, Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən isə uşaqlar ad, ata adı və soyad danışmaq hüuqquna malikdir.

 

Buna baxmayaraq ad hüququ məhdudlaşdırıla bilən hüquqdur. Nazirlər Kabinetinin “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.

 

Ali məhkəmənin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarına əsasən ad almaq hüququ Azərbaycan dövlət dilinin işlənməsinə və qorunmasına uyğun olaraq məhdudlaşdırıla bilər. Beləliklə uşağa ad qoyarkən Azərbaycan dilinin norma tələblərinə əməl etmək lazımdır.