Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-26 15:52:46
Tələbələr hansı hallarda təqaüd ala bilərlər?

Tələbələri ən çox maraqlandıran sual kimlərin təqaüd alması ilə bağlıdır.

 

AzEdu.az xəbər verir ki, məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.

 

Bildirilib ki, “dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, tələbələrə təqaüdlər hər semestr üzrə (1-ci tədris ilinin 1-ci semestri istisna olmaqla) imtahan sessiyasının nəticələrinə əsasən təyin olunur.

 

Növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı təqaüdlərin sayı nəzərə alınmaqla, imtahan nəticələrinə əsasən ümumi orta müvəffəqiyyət göstəricisi  (ÜOMG-yə) görə ən yüksəkdən başlayan sıralamaya uyğun müəyyən edilir”.