Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-25 10:00:00
Məktəblilər üçün oxunması vacib olan “ən reytinqli” əsərlər – Qısa siyahı

Kitablar  - zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

Çox  insanın özünü dərk etdiyi gündən  ilk dostu kitabdır.

AzEdu.az  dünyada  ən çox oxunulan və bəyənilən məşhur yazıçıların   kitablarını təqdim edir:

“Cinayət və Cəza” -Fyodor Mixayloviç Dostoyevski

Fyodor Mixayloviç Dostoyevski  rus və dünya ədəbiyyatının ən böyük yazarlarından biridir.

Onun yazdığı əsərlər nəinki öz ölkəsində, bütünlüklə dünyada  sevilib. “Cinayət və Cəza” romanı dünyada ən çox oxunan klassik əsərlər sırasındadır. “Cinayət və Cəza” yazıçının    "yetkin" dövrünün birinci romanı sayılır.

Fyodor Mixayloviç Dostoyevskinin XIX əsrin 60-cı illərində   meydana gələn "Cinayət və cəza" romanı rus milli, mədəni, ictimai tarixinin mürəkkəb dövrlərindən birini əks etdirir. 

"Cinayət və cəza" romanı Dostoyevskinin beş böyük romanından birincisidir.

Yazıçın ondan sonra məşhur "İdiot", "Şeytanlar", "Yeniyetmə" və "Karamazov qardaşları" romanlarını yazıb. Oxucunu dərindən sarsıdan, onu dəfələrlə oxumağa vadar edən  “Cinayət və Cəza”   əsərinin baş qəhrəmanı  Rodion Raskolnikovdur. Raskolnikov və ailəsi (anası və bacısı) çox kasıbdır. O, universitetin hüquq fakültəsinə daxil olur lakin təhsil xərclərini ödəyə bilmir. Universitetdən qovulur, kirayə haqqı verə bilmədiyi üçün ev sahibindən gizlənir.  Sonradan baş verəcək hadisələr də məhz bu səbəbdən qaynaqlanır.

“Səfillər “-Viktor Hüqo  - Böyük fransız  yazıçısı    utopik realizmin ən nüfuzlu nümayəndələrindən  biri olan Viktor Hüqonun “Səfillər” romanı 1862-ci ildə nəşr olunub.

Dünyada ən çox oxunan  klassik əsərlər siyahısına daxil edilən  roman XIX əsrin ən mükəmməl nəsri hesab edilir.   Romanın əsas obrazı Jan Valjandır.  O,  bacısının övladı acından ölməsin deyə oğurluq edib, həbs olunur.

“Anna  Karenina”- Lev Tolstoy

Rus yazıçısı Lev Tolstoyun  qələmə aldığı  “Anna Karenina” əsəri  ilk dəfə 1873-1877-ci illərdə bölümlər halında nəşr edilib.

Əsərin baş qəhrəmanı Anna Kareninanın prototipi A.S.Puşkinin qızı Mariya Qartunq hesab edilir. Roman çox məqamlarda avtobioqrafik xarakter daşıyır.

“Vadidəki Zambaq” - Onore de Balzak

XIX əsr görkəmli fransız yazıçı-dramaturqu Onore de Balzakın bu əsəri  məhəbbət mövzusundadır. Yazıçının nəhəng ədəbi varidatı içərisində ən seçilənlərdəndir.

Romanın baş qəhrəmanı "Felix" adlı gəncdir. Geniş oxucu kütləsini özünə cəlb edən “Vadidəki Zambaq” əsəri dünyanın ən yaxşı  klassik əsərlərindən  hesab olunur. Romanda baş verən hadisələr 1809-1836-cı illər aralığında cərəyan edir.

“Qürur və qərəz”- Con Ostin

İngilis yazçısı  Con Ostinin “Qürur və qərəz” romanı  yetərincə  maraqlı  və son dərəcə həyati  əsərdir.

Geniş oxucu kütləsi tərəfindən sevilən bu romanda  digər əsərlərdən fərqli olaraq, yazıçı oxucunun psixi-emosional dünyasına  hücum edib, onun hiss və duyğuları ilə oynamır. Əsərdə baş verən hadisələr romantik, sakit bir axarda cərəyan edir.

Siyahının sonrakı pillələrində yer alan əsərlər bunlardı: “İlahi komediya” (Dante Aligyeri),  “Romeo və Cülyetta”  ( Uilyam Şekspir),  “Qəzəb salxımları” (Con Steynbek),  “Atalar və oğullar”  İvan  Turgenev), “Ana”  (Maksim Qorki),  “İki şəhərin hekayəsi” (Çarlz Dikkens), “Yeraltından qeydlər” (Fyodor Dostoyevski), “Hərb və sülh” (Lev Tolstoy),   “Ölü Canlar”  (Nikolay Vasilyeviç Qoqol), “Uğultulu Təpələr”  (Emili Bronte), “Qırmızı və qara”- (Stendal),  “Üç muşketyor” ( Aleksandr Duma)