Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-23 16:42:37
AzMİU tələbələri abidələrlə bağlı araşdırmalarda iştirak ediblər

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində yaradılan Qərbi Azərbaycan Memarlıq İrsinin Araşdırılması Mərkəzinin tələbələrlə növbəti görüşü keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə THİK-nın sədri Şahmar Rəfili çıxış edərək, təşkilat daxilində yaradılan mərkəzin fəaliyyəti haqqında məlumat verib. Tədbirin əhəmiyyətindən bəhs edərək, bildirib ki, artıq tələbələrimiz müəllimlərlə birgə Qərbi Azərbaycan ərazisində yerləşən abidələrimizi araşdırmalara cəlb olunur və bugünədək orada 142 abidə ilə bağlı araşdırmalarda fəal iştirak ediblər.

 

O, həmçinin vurğulayıb ki, bu araşdırmalar nəticəsində azərbaycanlılara məxsus tikililərin, habelə İrəvan şəhərindəki müsəlman abidələrinin erməni vandalizminin qurbanına çevrildiyi bir daha öz təsdiqini tapıb.

 

Tarixçi Rasim Rzaxanov əzəli ata-baba yurdumuz olan Qərbi Azərbaycan həqiqətləri, siyasi tarixi, etnoqrafiyası haqqında tələbələrə geniş məlumat verib.

 

Gənclər Fondunun nümayəndəsi Vüsal Əhmədov çıxış edərək AzMİU-da belə bir mərkəzin yaradılması təşəbbüsünü dəstəklədiyini, xüsusilə bunun arxeoloji irsimizi gənc nəslə təbliğ və təşviq edəcək maarifləndirici addım olduğunu vurğulayıb.

 

Sonda İrəvanın mədəniyyət abidələrinin, real tarixi faktlarının öyrənilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən “İrəvan" filmi nümayiş olunub.