Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-21 11:01:00
UNEC-də imtahan sessiyası necə yekunlaşıb? - SORĞU

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavriat və magistratura səviyyələrində cari tədris ilinin payız semestrinin qış imtahan sessiyası başa çatıb.

 

AzEdu.az xəbər verir ki, universitetdə qış imtahan sessiyası 29 dekabr- fevralın 1-nə kimi davam edib. İmtahan sessiyası dövründə 12529 bakalavr, 3770 magistr, 205 doktorant, UNEC-in Zaqatala filialı üzrə 1502, Dərbənd filialı üzrə 305, qiyabi təhsil üzrə 1718 tələbə imtahan verib.

 

İmtahan nəticələrindən apellyasiya müraciətlərinin sayı ötən illə müqayisədə xeyli azalıb.


İmtahan qaydalarının pozulması halları da ötən illə müqayisədə 4,3 dəfə azalmış və cəmi 189 pozuntu halı qeydə alınıb.

 

Ən yaxşı imtahan göstəriciləri IV kurslarda ingilis dili fənni üzrə qeydə alınıb.

 

Mənimsəmə göstəricisi test imtahanlarında 85%, yazılı imtahanlarda isə 77% olub.
UNEC-də imtahan sessiyası günlərində rektor prof. Ədalət Muradov və İctimai Nəzarət Şurasının üzvləri ilə açıq qapı günləri keçirilib. Açıq qapıda 26 tələbənin müraciətinə baxılıb.