Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-20 11:59:18
Bakıda yoldaşına və qızına şiddət göstərən şəxsin kimliyi BİLİNDİ

Daxili İşlər Nazirliyi (DİN) kişinin arvadına və qızlarına şiddət göstərməsi barədə daha bir açıqlama verib.

 

AzEdu.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın  sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülər araşdırılıb:

 

“Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir”.

 

 

Qeyd edək ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

 

O bildirib ki, görüntülər bir müddət əvvəl çəkilib:

 

“Şiddət görən ana digər övladlarını qorumaq üçün bu görüntüləri çəkib. Qadın və üç qızı atasının evinə getsələr də, onların həyatları təhlükə altındadır. Qadının bir istəyi var ki, boşansın və qanun çərçivəsində aliment təyin edilsin”.

 

K.Ağazadə əlavə edib ki, aidiyyəti qurumlar məsələni nəzarətə götürməlidirlər:

 

“Qadınların, uşaqların müdafiəsində koordinasiya olmasa, daha ağır hadisələrlə qarşılaşacağıq. Artıq Daxili İşlər Nazirliyi təhqiqata başlayıb. Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti qadına mühafizə orderinin verilməsində dəstək olmalıdır. Vəkillər Kollegiyasından xahiş edirəm ki, ödənişsiz vəkillə təmin edilməsində kömək olsunlar.