Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-15 16:51:53
DİM-də növbəti təlim keçirilib

15 fevral 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşı Cavid Cəərçiyev tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin əməkdaşları üçün “Dövlət idarəçiliyi və dövlət qulluğu” mövzusunda təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, təlim zamanı Azərbaycan Respublikasında dövlətin quruluşu, hakimiyyətlərin bölünməsi, vətəndaş hüquq və azadlıqlarının əsas prinsipləri və onların inzibati qaydada müdafiəsinin təminatı, eləcə də dövlətin idarə olunmasında iştirak etmək hüququ haqqında məlumatlar verilib.

 

Həmçinin vətəndaşların əsas vəzifələri, qanunvericilik, icra və məhkəmə hakimiyyəti ilə bağlı məsələlərə aydınlıq gətirilib. Təlimin sonunda müvafiq mövzular ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

 

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.

 

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.