Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-15 12:12:32
Biləsuvarda məktəbdə yanğın olub

Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbin binasında yanğın baş verib.

 

AzEdu.az xəbər verir ki, bu gün saat 10:45 radələrində məktəb binasının ikinci mərtəbəsində elektrikpaylayıcıda qısaqapanma nəticəsində baş vermiş yanğın zamanı şagirdlər və işçi heyət məktəbin təxliyə manqası tərəfindən təxliyə edilib.

 

Yanğına müdaxilə manqası tərəfindən yanğın söndürülüb, Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat verilib.

 

Qeyd olunub ki, baş vermiş yanğın zamanı xəsarət alan olmayıb.