Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-15 12:03:01
Doktoranturaya qəbul imtahanının vaxtı AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü ildə keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları, sənəd qəbulu tarixləri, magistraturaya qəbul imtahanının II cəhdi, rezidenturaya qəbul, dövlət qulluğuna qəbul, eləcə də digər imtahan və tədbrilərin tarixləri müəyyən olunub.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, doktorantura və dissertanturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanına qeydiyyat (25 yanvar – 5 fevral) başlayacaq.

 

Doktorantura və dissertanturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar üçün xarici dil imtahanı 18 fevral;

doktorantura və dissertanturada təhsili alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili (dövlət dili) imtahanı 19 fevral;

 

Xarici dil imtahanı (doktorantura, danışıq bloku) 4 mart;

 

Doktoranturaya qəbul olmaq istəyən namizədlər üçün xarici dil imtahanı Doktorantura və dissertanturada təhsil alanlar üçün xarici dil imtahanı 19 may;

 

Doktorantura və dissertantura üzrə əcnəbilər üçün Azərbaycan dili imtahanı 20 may;

 

 Xarici dil imtahanı (doktorantura, danışıq bloku) 22 – 24 may;

 

Doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar üçün xarici dil imtahanı 13 oktyabr;

 

Doktorantura və dissertanturada təhsili alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili (dövlət dili) imtahanı 14 oktyabr;Xarici dil imtahanı (doktorantura, danışıq bloku) 15-16 oktyabrda keçiriləcək.