Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-15 11:49:00
Rezidenturaya qəbul imtahanları bu tarixdə KEÇİRİLƏCƏK

Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü ildə keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları, sənəd qəbulu tarixləri, magistraturaya qəbul imtahanının II cəhdi, rezidenturaya qəbul, dövlət qulluğuna qəbul, eləcə də digər imtahan və tədbrilərin tarixləri müəyyən olunub.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, rezidentura səviyyəsinə qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu (I mərhələ, I cəhd) 1 – 11 aprel tarixində başlayacaq.

 

Rezidentura səviyyəsinə qəbul imtahanı (1-ci mərhələ, I cəhd) 5 may;

 

Rezidentura səviyyəsinə qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu (I mərhələ, II cəhd) 3 – 14 may;

 

Rezidentura səviyyəsinə qəbul imtahanı (1-ci mərhələ, II cəhd) 9 iyun;

 

Rezidentura səviyyəsinə qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu (II mərhələ)  8 – 15 iyul;

 

Rezidentura səviyyəsinə qəbul imtahanı (2-ci mərhələ) 4 avqust ayında keçiriləcək.