Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-14 15:59:12
BMU tələbələrinin pedaqoji və istehsalat təcrübəsinə start verilir

Bakı Mühəndislik Universitetində (BMU) tələbələrin cari tədris ilində pedaqoji və istehsalat təcrübəsinin təşkili ilə bağlı nəzərdə tutulan işlər başa çatdırılıb.

 

AzEdu.az xəbər verir ki, tələbələrin nəzəri biliklərinin dərinləşdirilməsi, həmçinin praktiki bacarıqlar və səriştələrlə tamamlanması məqsədi daşıyan ixtisas üzrə təcrübə prosesi bütövlükdə 16 fevral - 24 may 2024-cü il tarixlərini əhatə edəcək.

 

Cari tədris ilində BMU-nun (bakalavr pilləsi üzrə buraxılış kurs tələbələri) Memarlıq və inşaat fakültəsi üzrə 237, Mühəndislik fakültəsi üzrə 317 tələbə istehsalat təcrübəsinə göndəriləcək.  

 

İqtisadiyyat və idarəetmə fakültəsinin 204 tələbəsi isə yeni qəbul olunmuş ixtisas standartlarına əsasən, aprel ayı ərzində 4 həftəlik istehsalat təcrübəsində olacaqlar. Bundan əlavə, Pedaqoji fakültənin 123 tələbəsinin İdrak Liseyi, XXI Əsr Təhsil və İnnovasiya Mərkəzi, Zirvə Liseyi, Landau Məktəbi, Hədəf Liseyi və Bakı İstanbul Liseyinə pedaqoji təcrübəyə göndərilməsi planlaşdırılır.

 

İstehsalat təcrübəsi isə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azərsu” və SOCAR-ın müəssisələrində, həmçinin Azərbaycan Dövlət Televiziyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Dövlət Layihə İnstitutu, Aqrar Sığorta Fondunda  həyata keçiriləcək. Bundan əlavə, BMU tələbələri üçün istehsalat təcrübəsinin təşkil ediləcəyi digər müəssisə və təşkilatlara Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı QSC, Abşeron Logistika Mərkəzi, Hesablama Palatası, ABADA, Sumqayıt Texnologiyalar Parkı, “Azertexnolayn” MMC, “AVT Logistika” MMC, “Azərsun Holdinq”, Beynəlxalq Bank, “Bank of Baku”, Kapital Bank, Yapıkredi Bank, AzərTürk Bank, ASAN Xidmət, İnnovasiya və  Rəqəmsal İnkişaf Agentliyi və  s. daxildir.

 

Magistratura səviyyəsinə gəlincə, müxtəlif ixtisaslar üzrə II kurs magistrlərin elmi-tədqiqat təcrübəsinin 19 fevral - 15 mart 2024-cü il, elmi-pedaqoji təcrübələrinin isə 27 mart-23 aprel 2024-cü il tarixlərində təşkil olunması planlaşdırılır.