Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-14 11:15:29
Universitetlərin mətbuat katibləri ilə görüş keçirilib
Ali təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndələri ilə görüş keçirilib.
 
 
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
 
 
Bildirilib ki, fevralın 13-də keçirilən görüşdə Elm və Təhsil Nazirliyinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
 
 
Qeyd edək ki, görüşdə ictimaiyyət və media ilə işin təkmilləşdirilməsi, media sahəsində peşəkar vərdişlərin inkişafına dəstək olmaq, ali təhsil müəssisələri arasında kommunikasiyanın gücləndirilməsi və bu istiqamətdə birgə əməkdaşlıq imkanları müzakirə olunub.