Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-13 14:25:00
Abituriyentlər narahatdırlar – Sosioloq səbəblərdən DANIŞDI

“Ötən illərə nisbətən bu il ali məktəblərə hazırlaşanlarda daha çox narahatlıq hiss olunur”.

 

Bu sözləri AzEdu.az-a danışan sosioloq Lalə Mehralı qeyd edib.

 

 image

 

“Abituriyentin nəticəsi təkcə qavrama qabiliyyətindən asılı deyil. Burada təhsil aldığı mühit, repetitor və ya hazırlıq kurslarına müraciət edib, etməməsi amilləri də böyük rol oynayır. Ona görə də abituriyenti fərdi olaraq qiymətləndirmək daha düzgündür. Ümumilikdə ötən illərə nisbətən bu il ali məktəblərə hazırlaşanlarda daha çox narahatlıq hiss olunur. İstər valideynlər, istərsə də abituriyentlər çox narahatdırlar. Onlar bunun əsas səbəb kimi müəyyən ixtisas ballarının qalxacağından, eyni zamanda qəbul şərtlərinin fərqli olacağından ehtiyat edirlər. Ona görə də abituriyentlər üçün bir qədər həssas dönəmdir. 

 

Bu narahatlıqlar birbaşa abituriyentlərin performansına təsir göstərəcək. Ailələrin narahatlığı abituriyentlərin nəticələrinə də təsirsiz ötüşmür. Hesab edirəm ki, valideynlər bir qədər rahat, səbrli olmalıdır. Çünki nəzərə almalıdırlar ki, onların narahatlığı övladlarının nəticələrinə əks olunacaq”, - deyə fikrini yekunlaşdırıb.