Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-13 11:46:17
Yaralanan hərbi qulluqçumuz LDU-nun məzunu OLUB

Dünən Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində erməni snayperinin açdığı atəş nəticəsində hərbi qulluqçumuz Pərviz Xəlilzadə yaralanıb. O, Lənkəran Dövlət Universitetinin Tarix-coğrafiya müəllimliyi ixtisasının 2023-cü il məzunudur.

 

Bu barədə AzEdu.az-a Lənkəran Dövlət Universitetinin mətbuat xidmətindən məlumat verilib. 

 

Respublika Neyrocərrahiyyə Xəstəxanasının Baş həkimi Elçin İbrahimov hərbi qulluçumuzun vəziyyəti ilə bağlı məlumat verib.

 

Onun sözlərinə görə xəstə daxil olarkən onda ilkin olaraq müayinələr nəticəsində üçüncü boyun fəqərələri səviyyəsində, fəqərə sütununun boyun nahiyəsinin odlu silah yaralanması, kor güllə yarası aşkar olunub və ilkin təcili tədbir yardımlarından sonra xəstəyə sürətlənmiş formada təcili cərrahi əməliyyat aparılıb, həmin güllənin çıxarılması icra olunub.

 

“Xəstə daxil olarkən vəziyyəti ağır idi, güllənin onurğa kanalının yan elementlərini zədələməsi nəticəsində xəstənin yuxarı ətrafında hərəkət zəifliyi, ağrılar qeyd olunurdu. Xəstəyə cərrahi əməliyyat aparıldı və əməliyyatdan sonra güllə çıxarıldı, hazırda vəziyyəti kafidir, müalicəsi davam etdirilir”.