Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-23 17:46:00
Kafedra müdiri professor ustadını bu cür təbrik etdi - "Müəllimlər müəllimi"

 

AzEdu.az  Bakı Dövlət Universitetinin kafedra  müdiri Üzeyir Şəfiyevin  müəlliminə - professor Qızılgül Abbasovaya həsr etdiyi  yazısını təqdim edir

Azərbaycan cəmiyyətində xanımlar tarixən önəmli rol oynamışlar. Vətəndaş tərbiyəsində, ailə dəyərlərinin varisliyinin təmin olunmasında, dövlət əsaslarının möhkəmlənməsində Azərbaycan qadını həmişə şərəflə çalışmışdır. Bu gün haqqında söhbət açacağım qadın onu tanıyanları öz tükənməz enerjisi ilə, ultrahumanist  dəyərləri, filantrop insani keyfiyyətləri, yüksək peşəkar  pedaqoji portreti,  kişi təfəkkürlü alim məziyyətləri ilə heyrətləndirməyi bacaran fəlsəfə elmləri doktoru Qızılgül Abbasovadır. Mübaliğəsiz deyə bilərəm ki, onun haqqında həm bir alim kimi, həm bir ana kimi, eyni zamanda yüksək idarəetmə mədəniyəti olan təşkilatçı kimi bütün dəyərli sözləri demək olar. Onun yüksək reputasiyasının arxasında obyektivliyi, ədalətli rəftarı, hüdudsuz zəhmətkeşliyi, peşəsindən qaynaqlanan müdrikliyi durur. Onunla ilk təmas hər kəsdə “bu gün bir insan tapdım” qənaətini hasil edir.

Professor Q.Abbasovanın müsbət keyfiyyətlərindən biri də həmişə gənc aurası, yeniliyə açıqlığı, daim axtarışda olmasıdır. İnnovativ düşüncəli bir alim kimi hadisə və proseslərə kreativ yanaşmaları ilə seçilir. Bu baxımdan onun məqalələrində, monaqrafiyalarında innovativ sosial təşəbbüslər və layihələri tez-tez görmək olur. O, çox funksional və çevikdir. Azərbaycan alimlərinin xaricdə çap olunmasında professor Q. Abbasovanın misilsiz xidmətləri vardır. O, dünyanın ən nüfuzlu jurnalları ilə əlaqə saxlayaraq özünün  və  fakultənin gənc alimlərinin məqalələrinin  nəşrinə müvəffəq olur.

 Professor Q.Abbasova cəmiyyət və dövlət həyatında  fəal iştirak edir, bir ekspert kimi cəmiyyət həyatınının müxtəlif sahələri ilə bağlı mediada  maraqlı şərhlərlə çıxış edir. Təsadüfi deyildir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi professor Q.Y.Abbasovanın  səmərəli fəaliyyətini nəzərə alaraq onu fəxri fərmanla təltif etmişdir.

    Q .Y . Abbasova 1949-cu ildə Xaçmaz rayonunda anadan olmuşdur. 1973-cü ildə BDU-nun filologiya fakültəsini bitirmişdir. 1973-1977-ci illərdə BDU-nun əyani aspirantı olmuşdur. 1973 - 1974-c ü illər də Bakı Dövlət Universitetinin Komsomol komitəsinin katibi, 1974-1975-ci illərdə isə Oktyabr (indiki Yasamal) rayon komsomol komitəsinin birinci katibi olmuşdur. 1981-1997-ci illərdə Bakı Dövlət Universitetinin Humanitar fakultələr uzrə fəlsəfə kafedrasında müəllim, baş müəllim, dosent vəzifəsində işləmişdir. 1981-ci ildə namizədlik dissertasiyası, 2011-ci ildə “Fəlsəfə müasir mədəniyyət sistemində” mövzusunda doktorluq işini müdafiə etmişdir. Alimin bu günə qədər 100-dən yuxarı məqaləsi ölkədə və ölkə hüdudlarından kənarda nüfuzlu nəşrlərdə dərc olunmuşdur. O, eyni zamanda 7 dərsliyin və dərs vəsaitinin,1 monaqrafiyanın müəllifidir. Q. Abbasova olkəmizdə sosial elmlər sahəsində dərslik qıtlığını nəzərə alaraq bu sahədə boşluğu doldurmaq üçün 7 dərsliyi Azərbaycan dilinə tərcümə etmişdir. Q.Abbasova elmi məktəb yaratmış alimlərdəndir. Onun rəhbərliyi altında 2 fəlsərə doktorluğu işi müdafiə olunmuş, hazırda 7 doktorant  Q.Abbasovanın elmi tövsiyyələri və birbaşa rəhbərliyi ilə tədqiqat aparır.

Q.Y.Abbasova “Vektor nauki” (Tolyatti Dövlət Universitetinin xəbərləri) jurnalının redaksiya heyətinin üzvüdür. Fakültə Elmi-Metodik şurasının sədr müavinidir. O, eyni zamanda BDU-nun sosial elmlər və psixologiya fakultəsində elmi işlər üzrə dekan müavini, Sosial iş kafedrasında professor vəzifəsində çalışır. Q.Y.Abbasova eyni şövq və həvəslə ailədə də çalışır. O, ailəlidir, iki övladı var və övladlarını vətən üçün layiqli vətəndaş kimi tərbiyələndirərək cəmiyyətə xidmət üçün təhvil vermişdir. Q.Abbasova bu həyatı düz yaşayır həm alim kimi, həm vətəndaş kimi, həm insan kimi. Onun yaşının üstünə yaş gəlsə də bu sadəcə statistikadır. Ömrünün çiçəklənən anlarını yaşayan müəlliməmi təbrik edir, ona bu günkü kimi tükənməz yaradıcılıq enerjisi, can sağlığı  arzulayıram.