Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-02 16:53:00
Prezident mükafatçısı: "...Yalnız bu şəkildə böyük uğurlara imza ata bilərsiniz"

Ötən gün Prezident İlham Əliyev 2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfərə 2024‑cü il Gənclər üçün Prezident mükafatları veriləcək.

 

Prezident mükafatçılarından biri olan Mirələmli Pərviz Atamalı oğlu AzEdu.az-a təəssüratlarını bölüşüb.

 

 

Pərviz Mirələmli ilk növbədə göstərilən diqqət və etimad üçün təşəkkürünü bildirib:

 

"Təbii ki, hər bir gənc kimi bu xəbər mənim üçün xoş və gözlənilməz oldu. Düşünürəm ki, bu addım dövlət gənclər siyasətinin yaratdığı uğurlardan biridir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün cənab Prezident İlham Əliyev sayəsində uğurla davam etdirilir.

 

Hesab edirəm ki, mükafat təkcə mənim üçün deyil, həmçinin təmsil etdiyim "Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı"nın uğurudur”.

 

Həmsöhbətimiz gənclərə tövsiyələrini qeyd edib:

 

“Gənclərə tövsiyəm yalnız sistemli olmaqdır. Yəni motivasiyadan düşmədən, dayanmadan qarşılarına qoyduqları məqsədlərinə doğru irəliləməlidirlər. Bəzən çərçivədən çıxmalıdırlar ki, daha kreativ düşüncələr ortaya qoya bilsinlər. Düşünürəm ki, yalnız bu şəkildə daha böyük uğurlara imza ata bilərsiz. Azərbaycan gənci bu kriteriyaya uyğundur”.

 

Qeyd edək ki, Pərviz Mirələmli hazırda BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistratura təhsili alır.

 

O, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədridir.