Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-01 13:19:30
“Tarixdə bu gün” - Fevralın ilk günü necə yadda qalıb?

Hər bir hadisə tarixə qovuşur, lakin əhəmiyyətlilik dərəcəsinə görə onlar ya yaddaşlarda qalır, ya da ki, silinib gedir.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

31 yanvar tarixində baş vermiş hadisələri təqdim edirik.

 

1 fevral ABŞ-də Milli Azadlıq Günüdür:

 

Açıklama yok.

1865-ci ildə ABŞ-ın prezidenti Avraam Linkoln ABŞ-ın Konstitusiyasına 13-cü dəyişiklik, quldarlığın ləğv edilməsi haqqında, kongresin rezolusiyasına qol çəkib. Bu münasibətlə də həmin gün ABŞ tarixində Milli Azadlıq günü kimi qeyd olunur.

 

1 fevral 1944-cü ildə Gərə, Bolu və Çanqırıda zəlzələ baş verib:

 

Açıklama yok.

Zəlzələ zamanı  4611 nəfər həlak olub.

 

1 fevral 1958-ci ildə "Gənc müəllim" qəzeti nəşr olunub:

 

Açıklama yok.

Qəzet 2006-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mətbuat və informasiya şöbəsinin tərkibində fəaliyyət göstərir.

 

1 fevral 1959-cu ildə kimya elmləri doktoru Fatmaxanım Əliyeva anadan olub:

 

Fatmaxanım Əliyeva 1966-cı ildə Bakı şəhəri 176 saylı məktəbin 1-ci sinfinə daxil olmuş, 1976-cı ildə həmən məktəbi fərqlənmə ilə bitirmişdir. Həmən ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. 1981-ci ildə Universiteti bitirdikdən sonra təyinatla Azərbayca MEA-nın Neft-Kimya Prosesləri İnstitutunun "Sintetik yağlar" laboratoriyasına göndərilmişdir və hal-hazıra qədər bu laboratoriyada çalışır. 2002-ci ildə "Neft kimyası" ixtisası üzrə "baş elmi işçi" elmi adını alıb.2014-cü ildə kimya elmləri üzrə elmlər doktoru adına layiq görülmüşdür.

 

1 fevral 1994-cü ildə Bakı Dəmir Yolu Vağzalında "Kislovodsk-Bakı" sərnişin qatarında terror aktı törədilib:

 

Açıklama yok.

 Bakı Dəmir yol vağzalında Kislovodsk-Bakı sərnişin qatarında terror aktı nəticəsində, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

 

1 fevral 1997-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi Elton Qənbərli anadan olub:

 

 Açıklama yok.

Elton Qənbərli 1997-ci il fevralın 1-də Şərur rayonunun Ələkli kəndində anadan olub. O, 2003-2011-ci illərdə Ələkli kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.