Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-31 10:33:00
DİM-in Bərdə Regional Bölməsində vakansiya elan edilib

Dövlət İmtahan Mərkəzinin Bərdə Regional Bölməsində məsləhətçi və aparıcı mütəxəssis vəzifələri üzrə vakansiya elan edilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.

 

Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə fevralın 15-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.