Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-31 08:42:51
Günün havası - Yağmursuz, 9 dərəcə isti

Yanvarın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Bu barədə AzEdu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

 

Bildirilib ki, havanın temperaturu gecə 0-3° isti, gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə sütunundan 772 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Yanvarın son günündə Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

 

Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.