Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-25 09:13:13
“Tarixdə bu gün” – 25 yanvarda nələr baş verib?   

Hər gün öz tarixi ilə yadda qalır. Bəzi günlərin hər kəs tərəfindən tanındığı halda bəziləri çox insane məlum deyil.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə   hər gün müvafiq olaraq dünyada, eləcə də Azərbaycanda  tarixi əhəmiyyətli hadisələr barədə məlumat verəcək.

 

25 yanvar tarixində baş vermiş tarixi əhəmiyyətli hadisələri təqdim edirik.

 

 

25 yanvar 1838-ci ildə Azərbaycanın məşhur milyonçusu dünyaşöhrətli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev anadan olub:

Gənclik illərində bənna işləyən, 59 yaşından (1872) isə artıq sahibkar adı ilə tanınan Hacı Zeynalabdin qısa müddətdə tarixdə xeyriyyəçi tədbirlər ilə şöhrət tapıb. 

 

25 yanvar 1908-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının premyerası keçirilib:

Operanın ilk səhnələşdirilməsi 25 yanvar 1908-ci ildə Bakı şəhərindəki Tağıyev Teatrında baş  tutub. Yaxın  Şərq, Mərkəzi və Cənubi Asiyada  məşhur olan  klassik sevgi əfsanəsi  əsasında yaradılmış bu əsər  Azərbaycan mədəniyyətinin  mirvarilərindən  biri  hesab  edilir.

 

25 yanvar 1965-ci ildə SSRİ Hərbi Hava Qüvvələrinə məxsus An-8 hərbi-nəqliyyat təyyarəsi  qəzaya uğrayıb: Təyyarə Azərbaycan SSR-nin Goran aerodromundan qalxaraq Gəncə aerodromuna eniş edərkən qəzaya uğrayıb Qəza zamanı təyyarə Gəncə yağ-piy kombinatının anbarlarına çırpılaraq yanıb. Nəticədə təyyarədəki 6 heyət üzvünün hamısı həlak olub.

 

25  yanvar 1988-ci ildə Qafan rayonunda yaşayan azərbaycanlılar ermənilər tərəfindən qovulub:

Ermənistan SSR-də yaşayan Azərbaycan türklərinin kütləvi şəkildə öz dədə-baba yurdlarından deportasiyası başlandı. Ümumilikdə, indiki qondarma Ermənistan ərazisində yaşamış türklərin (azərbaycanlıların) deportasiya tarixi 1820-1988-ci illik bir dövrü əhatə edir.

 

25 yanvar 1991-ci ildə Meksika Azərbaycanın müstəqilliyini tanıyıb:  

Bu hadisədən sonra 10 fevral 1992-ci il tarixində Meksika ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulub. 2007-ci və 2014-cü illər ikitərəfli münasibətlərin tarixində xüsusi iz qoyub. Belə ki, həmin illərdə Azərbaycan və Meksika, müvafiq olaraq, fəaliyyəti çoxsaylı sahələr üzrə əlaqələrin inkişafına töhfə verən səfirliklərini açıb.

 

25 yanvar 2001-ci ildə Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul olunub:

O gündən etibarən Azərbaycan Respublikası həmin nüfuzlu qurum qarşısında götürdüyü öhdəliklərini uğurla yerinə yetirir.

Təşkilatın ən fəal üzvlərindən olan Azərbaycan Respublikasının Avropa Şurasının tədbirlərində qazandığı ən böyük uğurlardan biri Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına nail olmasıdır.