Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-24 17:20:00
“Rəqəmsal UNEC-in “EduMan” sistemində hansı modullar tətbiq olunur?”

Rektor, professor Ədalət Muradov UNEC-in “EduMan - Tədrisin vahid elektron idarəetmə sistemi”ndə  (LMS) tətbiq olunan modullar barədə məlumat paylaşıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə rektor bildirib ki, UNEC “EduMan - Tədrisin vahid elektron idarəetmə sistemi”ndə bütün müəllim, əməkdaş və tələbələrin elektron məlumat bazası və tələbələrin fənn üzrə qrupları yaradılıb.

 

Eyni zamanda dərs cədvəlləri, tədris planları, tədris materialları, cari və aralıq qiymətləndirmə nəticələri, apelyasiya müraciətləri, sənəd qəbulu və təqaüdlərin hesablanması elektronlaşdırılıb.

 

Bunlardan əlavə olaraq, sistemdə “Test imtahanlarının təşkili modulu”, qəbul prosesinin şəffaflığını və sənədlərin elektron qaydada qəbulunu təmin edən “Əlavə təhsil elektron idarəetmə modulu”, “İkinci ali təhsil elektron idarəetmə modulu”, “Əcnəbilərin qəbulunun elektron idarəetmə modulu” tətbiq edilir.